Kredit Risklərinin İdarəedilməsi üzrə Rəhbər | Banco.az
PAŞA Bank

Kredit Risklərinin İdarəedilməsi üzrə Rəhbər

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Kredit Risklərinin İdarəedilməsi şöbəsinin Rəhbəri kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Kredit riskinin idarəsi üzrə metodologiyanın və kreditlərin verilməsi üzrə qərarların qəbulu mexanizminin hazırlanması və dəstəklənməsi,
• Kredit risk ehtiyatlarının gündəlik, yarım illik, illik əsasda hesablanmasının və tələblərə uyğun təsnifatının təmin edilməsi,
• Kredit risk tələblərinin icrasına və kredit portfelinin stress testi prosesinə nəzarət,
• Qərar vermə ilə əlaqədar risklərin effektiv idarəsi üçün tələb olunan iş proseslərinin dizaynını və icrasının təmin edilməsi,
• Kredit Riski üçün Risk Sağlamlığı İndeks ballarının vaxtında təkmilləşdirilməsi və nəzarəti,
• Kredit risk limitlərinin hesablanması və limit siyasəti üçün tövsiyələrin təqdim olunması,
• Kredit vermə ilə əlaqəli layihələrdə iştirak və təqdim olunan məhsullara risklərin effektiv inteqrasiyasının təmin edilməsi,
• Kredit riski üçün risk iştahasının idarəsi üzrə sona qədər kredit vermə dövrünün idarəsi,
• Bankın aktiv portfelləri üzrə kredit risk profilinin təkmilləşdirilməsi üçün analitik yanaşmalardan istifadə,
• Analitik biliklər tətbiq etməklə kredit risk hesabatının formalaşdırılması və qərar qəbuletmə ilə inteqrasiyası,
• Kredit portfelində yaranan risklər barədə birbaşa rəhbərə məlumatın təqdim olunması və Maliyyə Hesabatlarında risklərin vaxtında əks olunması üçün proseslərin səmərəliliyinin vaxtında təmin edilməsi,
• Qərar qəbuluna inteqrasiya ediləcək proqnozlaşdırıcı, qoruyucu və proaktiv kredit riski idarəetmə vasitələrinin inkişafı və qorunub saxlanılması,
• Bankda Risk mədəniyyətinin təkmilləşdirilməsi və risk imkanları səviyyəsinin artırılması,
• Büdcə prosesi üçün mümkün kredit itkilərinin, həmçinin kredit borclarının qiymətləndirilməsi və şöbənin idarəsinə cavabdehlik.

Sizdən nə tələb olunur?

Təhsil: İqtisadiyyat və ya Maliyyə sahəsində Bakalavr təhsili
İş təcrübəsi: Bankçılıq və Maliyyə sahəsində 7 ildən çox
Biliklər: Basel prinsipləri, bazar, yerli iqtisadiyyat, real sektor, sənaye tendensiyaları və MB-ın qaydalarına dair məlumat və kredit itkilərinin qiymətləndirilməsində Beynəlxalq Standartların tətbiqi
Bacarıqlar: Güclü ünsiyyət, qeyri-risk menecerlərinə texniki mürəkkəbliyi izah etmək, nəzəriyyəni praktikada tətbiq etmək, proqnoz vermək, ekspert kimi fərdi peşəkar baxışları ifadə etmək və əsaslandırmaq bacarıqları
Xarici dil: İngilis
Kompüter Bacarıqları: Microsoft Office
Üstünlük verilir: Maliyyə Risklərinin İdarəsi sahəsində 3-5 illik təcrübə, müvafiq sahədə Magistr təhsili və Rus dili biliyi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 15.04.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kredit Risklərinin İdarəsi üzrə Rəhbər” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et