Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis | Banco.az
AccessBank

Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis 

Öhdəliklər

 Müştərinin biznesinin monitorinqinin aparılması və hesabatın təqdim edilməsi; 
 Kredit portfelinin keyfiyyətinin təhlili və hesabatın təqdim olunması; 
 Filiallarda gecikmələr üzrə keçirilən Kredit Komitələrində iştirak etmək və gecikmələr üzrə aylıq hesabat hazırlamaq; 
 Filiallarda kredit təhlilinə və kredit risklərinə yanaşmanın düzgünlüyü haqqında hesabatların hazırlanması; 
 Bank strukturlarının bankdaxili kredit limitlərinə əməl etmələri haqqında hesabatların hazırlanması və təqdim edilməsi; 
 Kredit portfelinin müəyyən biznes sferaları, regionlar, kredit məqsədləri üzrə cəmləşməsi kimi risklərin təhlil olunması və bu risklər üzrə hesabatlılığın həyata keçirilməsi. 

Tələblər

 Kredit Şöbəsində iş təcrübəsi (1 ildən az olmayaraq); 
 Azərbaycan, rus və ingilis dili biliklərinin yaxşı səviyyədə olması 
 Məsuliyyətlik və stresə davamlılıq; 
 Ünsiyyətcillik, işləmək qabiliyyəti, inadcıllıq, qısa zamanda biliklərə yiyələnmək bacarığı; 
 Tapşırıqların həllində çeviklik; 
 Kompüter bilikləri (MS Office, Mc Outlook); 
 Namizədin daimi iş yeri Baş Ofisdir. Bununla yanaşı müştərinin biznesinin yerləşdiyi məkanlara və bankın filiallarına getmək imkanı olmalıdır.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et