Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PASHA Bank Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:
Bankın kredit risk fəaliyyətinə təsir edən əsas risk indikatorlarının kəmiyyət və keyfiyyət baxımından ətraflı analizinə cavabdehlik.

Vəzifə öhdəlikləri:
• Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi
• Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi
• Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi
• Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi
• Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et