Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis | Banco.az
Kapital Bank

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
  • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Statistik modellərin  hazırlanması.

Tələblər

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
  • Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et