Kredit mütəxəssisləri | Banco.az

Kredit mütəxəssisləri

Vakansiya haqqında məlumat: 

 

“İNTERNATIONAL BOKT” (Bank Olmayan Kredit Təşkilatı) QSC Bakı, Sumqayıt, şəhərlərində və regionlarda (Qazax, Tovuz, Şəmkir, Gəncə, İmişli, Bərdə, Ağcabədi,Goranboy, Yevlax, Minqəçevir, Göyçay, Quba, Xaçmaz, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Beyləqan, Masallı, Lənkəran və Astara) yerləşən filiallar üçün kredit mütəxəssisləri  vəzifələrinə vakansiyalar elan edir.

İş barədə məlumat:


- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün daima çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsində iştirak etmək;
- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
- Əmək haqqı 400-800 AZN + motivasiya

Tələblər:

- Müvafiq ali, natamam ali və ya orta ixtisas təhsilli
- Azərbaycan dili səlis (Xarici dil biliyi arzuolunandır);
- Yaş həddi 20-35

- İş təcrübəsi 1 ildən 3 ilə qədər
- Analitik düşüncə;
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Yüksək şifahi və yazılı komunikasiya bacarığı;
- Düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı
- Bank, bank olmayan kredit təşkilatında və lombard kreditləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Maraqlananlar öz CV-sini [email protected] elektron ünvanına göndərə bilərlər.
Xüsusi qeyd: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiya və reginonun adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
CV-də fotonun olması vacibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
INTERNATIONAL BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et