Kredit mütəxəssisləri | Banco.az

Kredit mütəxəssisləri

Vakansiya haqqında məlumat: 

İNTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC  Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və regionlarda (Qazax, Tovuz, Şəmkir, Gəncə, İmişli, Bərdə, Ağcabədi, Beyləqan, Goranboy, Yevlax, Minqəçevir, Göyçay, Quba, Xaçmaz, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara) yerləşən filiallar üçün kredit mütəxəssisləri (kiçik, aparıcı, baş və böyük) vəzifələrinə vakansiyalar elan edir.

İş barədə məlumat:

- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;

- Peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün daima çalışmaq;

- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsində iştirak etmək;

- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;

- Kredit müraciətlərinin qəbulu və analizi;

- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

- Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;

- Əmək haqqı 400-850 AZN + motivasiya (bonus)

Tələblər:             

- Müvafiq ali və ya orta ixtisas təhsilli

- Azərbaycan dili səlis (Xarici dil biliyi arzuolunandır);

- Yaş həddi 20-45

- Analitik düşüncə;

- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;

- Yüksək şifahi və yazılı komunikasiya bacarığı;

- Düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı

- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vakansiyası üzrə) lombard kredit portfeli olan namizədlərə üstünlük verilir.

Maraqlananlar öz CV-sini [email protected] elektron ünvanına göndərə bilərlər.

Əmək haqqı: __400 - 850_______________

Xüsusi qeyd: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiya və reginonun adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

CV-də fotonun olması vacibdir.

Məvacib: 
850
Şirkət: 
INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC

Ən sərfəli krediti almaq üçün müraciət et