Kredit mütəxəssisi (təcrübəçi) | Banco.az

Kredit mütəxəssisi (təcrübəçi)

Vakansiya haqqında məlumat: 

 

Qarant Kredit "Kredit mütəxəssisi (təcrübəçi)" vakansiyası üzrə yeni işçi qəbulunu elan edir!

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq, inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Qarant Kredit peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Öhdəliklər:

  • Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
  • Təşkilatın prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
  • Təşkilatın daxili sistemini öyrənmək
  • Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
  • Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
  • Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
  • Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti
  • Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
  • Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı Qarant Kreditdə başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsinizsə, xahiş olunur  CV-ləri  e-mail ([email protected]) vasitəsilə təqdim edəsiniz. Qeyd edək ki, təcrübə müddəti zamanı təcrübəçilərə şirkət tərəfindən ödəniş təqdim olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Qarant Kredit

Ən sərfəli krediti almaq üçün müraciət et