Kredit mütəxəssisi (Şəki şəhəri üzrə) | Banco.az

Kredit mütəxəssisi (Şəki şəhəri üzrə)

Vakansiya haqqında məlumat: 

"ASEL-KREDİT" BOKT Şəki şəhəri üzrə kredit mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. 

Əsas vəzifələr:

- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;

- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;

- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;

- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

 - Ali təhsil/ natamam ali təhsil;

- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

- Cins: kişi (arzuolunandır)

 

- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir

- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;

- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

 

 Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit mütəxəssisi " başlığı ilə [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

 Tel: 050-277-37-11

 

Şirkət: 
"ASEL-KREDİT" BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et