Kredit Mütəxəssisi / İsmayıllı, Quba və Ağdaş filialı | Banco.az

Kredit Mütəxəssisi / İsmayıllı, Quba və Ağdaş filialı

Vakansiya haqqında məlumat: 

 

Kredit Mütəxəssisi / İsmayıllı, Quba və Ağdaş filialı

 “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı, Quba və Ağdaş şəhərində yerləşən filialı üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et