Kredit Meneceri (Masallı) | Banco.az

Kredit Meneceri (Masallı)

Vakansiya haqqında məlumat: 

 

 Kredit Meneceri (Masallı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Masallı şəhərində yerləşən filialı üçün Kredit Meneceri vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Masallı şəhəri;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 800 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
KredAqro

Ən sərfəli krediti almaq üçün müraciət et