KOS (SME) kreditləri təhlili şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi | Banco.az
Kapital Bank

KOS (SME) kreditləri təhlili şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

KOS (SME) kreditləri təhlili şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi

Ümumi məlumat

 

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Öhdəliklər:

• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;

• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;

• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;

Tələblər:

• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi

• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır

• Kompüter bilikləri (MS Office, Internet);

• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

• Məsuliyyətlilik və dəqiqlik;

• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;

• Bank qanunvericiliyini bilmək;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et