KOS Müştəri Meneceri | Banco.az
PAŞA Bank

KOS Müştəri Meneceri

Vakansiya haqqında məlumat: 

 

Azərbaycanın ən böyük Korporativ bankı PAŞA Bank komandasına qoşulmaq üçün KOS Bankçılıq üzrə Müştəri Meneceri axtarır.

İş barədə məlumat :

Müştəri Meneceri müştərilərin biznesinə, ehtiyaclarına, risklərin idarə edilməsinə və qiymət təklifinə (həm Müştəri, həm də Bank üçün) diqqət yetirərək, maliyyə məsləhətləri və maliyyə xidmətləri göstərərək müştərilərin portfelini artırıb idarə etməlidir.
Cari Kiçik və Orta Sahibkarlıq seqmentinə gəlirləri ildə 8 milyon manat olan müştərilər daxildir. Kiçik və Orta Sahibkarlıq seqmentinə təqdim edilən əsas xidmətlərinə daxildir: borc maliyyələşdirilməsi, faktoring, ticarətin maliyyələşdirilməsi, pul və hesablaşma xidmətləri.

Vəzifə öhdəlikləri :

• Müştərilərin portfelini idarə etmək, müştəri üçün əsas təmas nöqtəsi və əsas maliyyə məsləhətçisi olmaq
• Yeni müştərilərin axtarılması, mövcud əlaqələrin saxlanılması və möhkəmlənməsi, müştəri məmnuniyyətinin təmin edilməsi və yaxşı müştəri münasibətləri yaradılması.
• Müştərinin maliyyə və əməliyyat strategiyalarını təhlil etmək və müştərinin təcili və uzunmüddətli ehtiyaclarını ödəmək üçün maliyyə xidmətləri təklif etmək
• Müştərilərə məhsulların və xidmətlərin haqqında məlumatların effektiv çatdırılması üçün aidiyyati strukturlarla daimi əlaqədə olmaq.
• Bankın məhsullarını Kiçik və Orta Sahibkarlıq seqmentinə satmaq, müştəri bazasını idarə edib və genişləndirməyi üçün imkanların axtarışı
• Müştərilərin maliyyəşdirilmə müraciətlərini təmin etmək üçün ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
• Prosedurlara müvafiq olaraq, müştərilərin kredit müraciətlərini kredit komitəsində təqdim etmək
• Müştərilərin portfelinin yüksək gəlirliliyini və artırılmasını təmin etmək

Tələb olunan ixtisas və bacarıqlar:

• Maliiyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək kommunikasiya və danışıqların aparılması bacarıqları
• Korporativ Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə
• Azərbaycan dili – səlis
• İngilis və rus dili – yaxşı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “KOS Müştəri Meneceri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et