Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Kiçik Mütəxəssis (Analıq Məzuniyyəti) | Banco.az
PAŞA Bank

Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Kiçik Mütəxəssis (Analıq Məzuniyyəti)

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Kiçik Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• KİV ilə əlaqə üzrə məsul şəxsə təqdim olunması üçün yerli və xarici media kanallarına məzmunların yaradılması, redaktəsi və təsdiqində dəstək;
• Müvafiq sektora bağlı mövzular üzrə araşdırmaların aparılması və düzgün yazı üslubunu seçərək mətnlərin yazılması, aidiyyəti qurumların üslub qaydalarına riayət edilməsi;
• KİV ilə əlaqə üzrə məsul şəxsin “PAŞA Bank Azərbaycan”, “PASHA Bank Turkey” və “PASHA Bank Georgia” ofisləri üzrə iş yükündə dəstək;
• Təmsil olunan qurumun imicini müsbət şəkildə təqdim etmək məqsədilə pres-relizlərin məzmun hissəsi, pres-kitlər, informasiya bülletenləri və istifadə edilən əlavə pres-materialların hazırlanması;
• Mətbuat icmalları hazırlamaq və yaymaqla Bankın əsas rəqibləri haqqında mətbuatda işıqlandırılan məqamların izlənilməsi və təhlili;
• Bankın veb-saytının idarəedilməsi və tənzimlənməsinin təmin edilməsi;
• KİV ilə əlaqə üzrə məsul şəxsə Bankın mətbuatda yayımlanan məqalə dövriyyəsini təmin etməkdə və jurnalistlərə müsahibə və məqalələrin təqdim olunmasında dəstək.

Sizdən nə tələb olunur?

• Təhsil: Bakalavr təhsili
• İş təcrübəsi: 0-1 il
• Xarici dillər: İngilis dili
• Kompüter bilikləri: MS Office proqramları
• Digər : Yüksək səviyyədə ünsiyyət və təqdimat hazırlamaq bacarığı, təşəbbüskarlıq və yaradıcılıq, işləri səmərəli şəkildə planlaşdırmaq bacarığı, fərqli media gündəmlərindən xəbərdar olmaq

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Kiçik Mütəxəssis (Analıq Məzuniyyəti)” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et