Korporativ satış şöbəsinin mütəxəssisi | Banco.az
Azər Türk Bank

Korporativ satış şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Korporativ Bankçılıq Departamentində

Korporativ satış şöbəsinin mütəxəssisi

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır
  • Satış sahəsində minimum 2 il, Bankda satış sahəsində iş təcrübəsi arzuolunandır
  • Analitik təhliletmə qabiliyyəti
  • İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə öhdəlikləri

  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək
  • Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək
  • Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək
  • Korporativ müştərilərə tam və keyfiyyətli xidmətin təşkil edilməsi məqsədilə satış nöqtələrində hüquqi şəxslər və fərdi sahibkarlara xidmət göstərən əməkdaşların fəaliyyətinə nəzarət etmək.

Qeyd: Əmək haqqı sabit və bonus hissədən ibarətdir.

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et