Bank BTB
Korporativ bankçılıq şöbəsinin rəhbəri
Vakansiya haqqında məlumat:
Korporativ bankçılıq şöbəsinin rəhbəri
İş barədə məlumat
- Bankın korporativ müştərilərinin istək və ehtiyaclarını daim təqib edir və korporativ bankçılıq məhsullarının inkişafı üçün təkliflər verir;
- Korporativ məhsulların satışları üzrə satış planları hazırlayır, əməkdaşların satış planlarının icrasına nəzarət edir;
- Bankın korporativ məhsullarını bazarda tanıdılması və satışı üzrə tədbirlər görür;
- Bankın korporativ bank biznesi fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin aidiyyəti bölmələrlə birgə hazırlanmasında iştirak edir və tətbiq edir.
Namizədə tələblər
- ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- ən azı 3 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri;
- ünsiyyətqurma bacarığı;
- satış bacarığı;
- analitik bacarıq;
- yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər 10 mart 2020-ci il tarixinədək öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin rəhbəri) göstərməyiniz xahiş olunur