Korporativ bankçılıq şöbəsinin rəhbəri | Banco.az
Bank BTB

Korporativ bankçılıq şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Satışlar departamenti, Korporativ bankçılıq şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Korporativ bankçılıq şöbəsinin rəhbəri

 İş barədə məlumat:

  • Bankın korporativ müştərilərinin istək və ehtiyaclarını daim təqib edir və korporativ bankçılıq məhsullarının inkişafı üçün təkliflər verir;
  • Korporativ məhsulların satışları üzrə satış planları hazırlayır, əməkdaşların satış planlarının icrasına nəzarət edir;
  • Bankın korporativ məhsullarını bazarda tanıdılması və satışı üzrə tədbirlər görür;
  • Bankın korporativ bank biznesi fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin aidiyyəti bölmələrlə birgə hazırlanmasında iştirak edir və tətbiq edir.

    Namizədə tələblər:

  • ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • ən azı 3 il müştəri xidməti sahəsində bank təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dilləri;
  • ünsiyyətqurma bacarığı;
  • satış bacarığı;
  • analitik bacarıq;
  • yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin rəhbəri) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et