Kopirayter | Banco.az
PAŞA Bank

Kopirayter

Vakansiya haqqında məlumat: 

 

Böyük "PAŞA Bank" ailəsinin bir üzvü olmaq istəyirsinizsə, sizi Kopirayter olaraq komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarət olacaq?

• Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstəyin göstərilməsi;
• Brendləşmə, marketinq kommunikasiya strategiyasının və aidiyyəti məzmunların hazırlanmasının dəstəklənməsi;
• Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinə dəstəyin göstərilməsi;
• Müxtəlif çeşidli marketinq materiallarının, veb-sayt üçün, eləcə də reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
• Marketinq tədbirlərinin təşkili işinin dəstəklənməsi;
• Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; detallı hesabatların hazırlanması;
• Sosial media kampaniyalarının hazırlanması üçün müvafiq məlumatların toplanılması, sosial media səhifələrinin monitorinqi, əldə edilmiş məlumatlar əsasında təkliflərin hazırlanması, sosial şəbəkələrdə brend və məhsulla bağlı yazılan rəylərin izlənilməsi və cavablandırılması;
• Bank adından xarici auditoriyaya açıqlanan bütün məzmunların hazırlanması və redaktə edilməsi.

Sizdən nə tələb olunur?

Təhsil:
• Marketinq kommunikasiyası, Biznesin idarə edilməsi və ya əlaqədar sahədə bakalavr təhsili
İş təcrübəsi:
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Əsas bacarıqlar:
• Azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli məzmunların, hesabatların, təqdimatların hazırlanması bacarığı, hər üç dildə məzmunların redaktə edilməsi bacarığı;
• Təkmil kompüter bilikləri;
• Məlumat təhlili sahəsində təcrübə;
• Sosial media platformaları haqqında biliklər
Əlavə üstünlüklər:
• Sosial media üzrə sertifikatı;
Digər:
• Yüksək biznes etikası/dürüstlük
• Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
• Güclü təşkiletmə, planlaşdırma və nəzarət etmə bacarığı
• Gərgin iş mühitində işləmə bacarığı, stressin idarə edilməsi bacarığı

Müraciət edin:

Qeyd olunan tələblərə cavab verdiyiniz halda, müraciətinizi [email protected] ünvanına başlıqda "Kopirayter" qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et