KOB kreditlər üzrə bölmə rəhbəri | Banco.az
Bank BTB

KOB kreditlər üzrə bölmə rəhbəri

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC KOB kreditlər üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul elan edir. (Bakı, Gəncə üzrə)

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirilməsi;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın kiçik və orta biznes kreditləşmə əməliyyatlarının və monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Bankın KOB kreditlərə aid olan məhsul və xidmətlərinin satışı və cari portfelin vəziyyəti haqqında müvafiq hesabatların yığılması, təhlil edilməsi və məruzə edilməsi;
  • KOB müştərilərinə aid olan bankın yeni məhsul/xidmətlərinin bazarda rəqabətə uyğun inkişafında fəal iştirak etmək və bazarda tanıdılmasını təşviq etmək;
  • Kreditlərin işlərinin hazırlanıb və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək və nəzarət etmək;
  • Filialın kredit portfelinin  kredit ödənişlərinə, kredit tarixçəsinə nəzarət etmək mütəmadi olaraq portfelin monitorinqini həyata keçirmək;
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib, şöbə rəhbəri və ya departament  rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək;
  • Bank sirrinin qorunmasını təmin etmək və əməkdaşlarında buna əməl etməsinə nəzarət etmək;

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil,
  • Kreditləşmə sahəsində ən azı 2 il iş təcrübəsi,
  • Ünsiyyətqurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı,
  • Planlaşma və təşkiletmə bacarığı;
  • Komanda idarəetmək bacarığı;
  • MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (KOB kreditlər üzrə bölmə rəhbəri) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et