Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis | Banco.az
Azər Türk Bank

Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Azər Türk Bank Korporativ Bankçılıq Departamentinin Kiçik və Orta Biznes kreditləşməsi şöbəsində Mütəxəssis vakansiyasını elan edir.

Namizədə olan tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə)
  • Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində iş təcrübəsi arzuolunandır
  • Səlis Azərbaycan dili, yaxşı Rus və İngilis dili biliyi
  • MS Office proqramlarından istifadə bacarığı
  • Fərqli satış texnikalarını bilmək
  • Biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
  • Yüksək ünsiyyətqurma, dinləmə, təqdimat və vaxtı idarəetmə bacarıqları
  • Komanda tərkibində işləmək qabiliyyəti
  • Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq
  • Yeni bilik və təcrübələri mənimsəməyə həvəsli olmaq

Vəzifə öhdəlikləri

  • Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasında iştirak
  • Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək
  • Müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək
  • Yeni kredit məhsulu və xidmətlərinin yaradılması üzrə təkliflər vermək.

CV-lərinzi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.     

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et