Kiçik Hüquqşünas | Banco.az
AccessBank

Kiçik Hüquqşünas

Vakansiya haqqında məlumat: 

 

Kiçik Hüquqşünas

Təsvir

  • Bankın əməkdaşları üçün qanunvericilik ilə əlaqədar məsələlər üzrə təlim və mühazirələrdə təlimçi qismində çıxış edir.
  • Qanunvericilikdəki yeniliklərlə bağlı bülletenləri hazırlayır.
  • Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı Mərkəzi Bank və Dövlət Vergi Xidmətində qeydiyyat işlərini aparır.
  • Bankın fəaliyyəti üçün tələb olunan sənədlərinin (bank lisenziyası, fililalların icazəsi, bankın nizamnaməsi və ona dəyişikliklər və s.) reyestrini aparır.
  • Milli Depozit Mərkəzindən səhmdarların reyestri barədə və Dövlət Vergi Xidmətindən hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarını əldə edir.
  • Sənədlərin leqallaşdırılması və apostil alınması ilə bağlı müraciətlər edir.
  • Hüquq şöbəsinə daxil olan sorğuları cavablandırır və ya aidiyyəti üzrə həmkarlarına yönləndirir.
  • Banka daxil olmuş müraciət, şikayət və sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edir.
  • Bankın tərəfdaşları və ya müvafiq struktur bölmələri tərəfindən Bankın istənilən fəaliyyəti ilə əlaqədar olaraq bağlanan müqavilələrin hüquqi ekspertizasını həyata keçirir.
  • Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəy verir.
  • Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları qarşısında səlahiyyətləri çərçivəsində Bankı təmsil edir.
  • Bank ilə onun arasında imzalanmış əmək müqaviləsində, kommersiya rejiminin tətbiq edilməsi barədə razılaşmada, tam maddi məsuliyyət müqaviləsində və davranış kodeksində, habelə müvafiq struktur bölmələri tərəfindən qəbul edilmiş sənədlərdə müəyyən edilmiş digər öhdəliklərini yerinə yetirir.
  • Hüquq Departamentinin Rəhbərinin Müavinin Şöbənin funksiyalarının icrası çərçivəsində verdiyi tapşırıqları yerinə yetirir.

Tələblər

  • Ali təhsil;
  • Komandada işləmə bacarığı;
  • Yüksək ünsiyyətqurma bacarığı.

Müraciət et!

Ən sərfəli krediti almaq üçün müraciət et