Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi | Banco.az
Kapital Bank

Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi
  • Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi
  • Avtorizasiya hostunun qurulması
  • MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi
  • MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluq
  • Bank kartlarının personalizasiyası prinsipləri, EMV standartı,  PayPass/ PayWave, NFC texnologiyaları ilə işləmək
  • Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin monitorinqi
  • Prosessinq Mərkəzinin fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması
  • Prosessinq Mərkəzinin istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması
  • Prosessinq Mərkəzinin iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi
  • Real iş rejimində Prosessinq Mərkəzi üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi
  • Prosessinq Mərkəzinin dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət
  • Prosessinq Mərkəzinin versiyalarına nəzarət sistemində proqram təminatı üzrə tətbiq etmələrin ehtiyat surətlərinin çıxarılması və saxlanması
  • Prosessinq Mərkəzinin istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi
  • Texniki həllərin realizasiyası
  • Texniki sənədlərin hazırlanması 

Tələblər

  • Təcrübə: Ən azı 4 il
  • Kompyuter biliyi: Windows, Linux, CompassPlus Software, Oracle, SQL, PL\SQL
  • MasterCard и VISA Beynəlxalq Ödəniş Sistemlərinin iş prinsipi, tələbləri, texnologiyası, və maliyyə tranzaksiyaları standartı (ISO8583) üzrə əsaslı biliklər 
  • Bank kartlarının personalizasiyası, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları sahəsində biliklərə malik olması arzuolunandır
  • Kriptoqrafiyanın əsasları və onun prosessinq və bank kartlarının personalizasiyasında tətbiqi üzrə biliklər, HSM ilə işləmə təcrübəsinə malik olması arzuolunandır
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

CV-lərinizi, mövzu hissəsində “Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/ baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et