İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis | Banco.az
PAŞA Bank

İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarə edilməsi;
• Monitorinq, fövqəladə hala cavab vermə qabiliyyəti və həcmin planlaşdırılması;
• Layihə mərhələsindən başlayaraq yerləşdirmə, əməliyyat və təkmilləşdirmə vasitəsilə
xidmətlərin bütün mərhələlərində iştirak və onların təkmilləşdirilməsinə cavabdehlik;
• Təşkilat üçün kod standartlaşma və avtomatlaşdırma prosesinin yaradılması;
• Proqram relizləri, konfiqurasiyası, monitorinqinə cavabdehlik və bütün istehsal sisteminin komponentlərinə və infrastruktura dəstək;
• Unix/Linux və Cloud platformalarında mövcud sistemləri, xidmətləri və infrastrukturunun analizi və onların təkmilləşdirilməsi;
• Çatdırılma vaxtı, kod keyfiyyəti və prosesin effektivliyinin təkmilləşdirilməsi üçün layihələrin planlaşdırılmasında iştirak;
• Hadisələrə davamlı reaksiya təcrübəsinin tətbiqi və müzakirələrinin təşkili;
• Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analizi;
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Aidiyyatı sahə üzr minimum 3 il
Lisenziya/ Sertifikat: RHCE, CKA
Xarici dillər: İngilis dili
Kompüter bilikləri: Linux OS family, WebLogic, JBOSS, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, EFK ,Terraform, CircleCi, Jenkins, Python, Go üzrə təcrübə
Məhsul bilikləri: Agile və CI/CD, mənbəyə nəzarət vasitələri və yazı dili üzrə məlumatlı olmaq
Bazar üzrə bilik: SRE və DevOps trendləri
Digər : Komandada iş və analitik düşüncə bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Sistem etibarlılığı üzrə Mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et