İstifadəçilərə Texniki Yardım (Help Desk) üzrə Operator | Banco.az
AccessBank

İstifadəçilərə Texniki Yardım (Help Desk) üzrə Operator

Vakansiya haqqında məlumat: 

İstifadəçilərə Texniki Yardım (Help Desk) üzrə Operator 

Öhdəliklər

 Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək 
 Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək 
 Problemə və istifadəçilər tərəfindən verilən məlumatlara əsaslanan optimal bir həll tapmaq 
 Problemin həlli prosesi ilə addım-addım müştərini məlumatlandırmaq 
 İKT xidmətləri haqqında dəqiq məlumat vermək 
 Jurnalda hadisələri və problemləri və onların həllini qeyd etmək 
 Sorğunun statusunun icrasını izləmək 
 İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək 
 Proseduraların inkişafına dair təkliflər irəli sürmək 

Tələblər

 Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri 
 Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsulların yaxşı anlaşılması 
 Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı 
 İngilis, Azərbaycan və Rus dillərini bilməsi 
 Əla ünsiyyət bacarıqları 
 Müştəri-yönümü və sakit xasiyyət 
 İnformasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi (arzuolunandir)

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et