İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri | Banco.az
Bank Respublika

İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Anderraytinq Departamentində İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Filiallardan gələn istehlak kredit təkliflərinin təhlilini təşkil etmək və rəy vermək;
  • Anderraytinq Departamentinin İstehlak kreditlərinin təhlili şöbəsinin işini təşkil etmək, müvafiq prosedur və qaydaları hazırlamaq;
  • Gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;
  • Müxtəlif “skorinq” və “reytinq” modellərinin hazırlamasında iştirak etmək və iş prosesində tətbiq etmək;
  • Bazar araşdırılmasını həyata keçirmək, bazara uyğun rəqabət yönümlü məhsul və təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Təcrübə: Bankda istehlak kreditlərində minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili (əla), ingilis dili arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə mükəmməl biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə və kollektivdə inkişaf etdirmək həvəsi;
  • Bankın filiallarına vaxtaşırı olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 mart 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını emailin mövzu hissəsində İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri göstərməyiniz xahiş olunur.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et