İstehlak kreditləri üzrə mütəxəssis | Banco.az
Rabitəbank

İstehlak kreditləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC İstehlak kreditləri üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə üzrə olan öhdəliklər:

  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Bankın tələblərinə uyğun olan  müştəriləri banka cəlb edilməsini təmin etmək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək;
  • Müvafiq qaydalara uyğun olaraq Ərizə Anket tərtib etmək və müvafiq Kredit Komitələrinə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;   
  • Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləmək (telefon vasitəsilə danışıqlar aparmaq, onların yaşadıqları ünvanlara qaydalara uyğun olaraq məktublar göndərmək və lazım olduqda yaşadıqları ünvanlara getmək);
  • Notariat kontorları tərəfindən  müqavilələrin təsdiqi və müvafiq dövlət orqanlarında qeydiyyatın  rəsmləşdirilməsi prosesində iştirak etmək;
  • Satış prosesinin təkmilləşdirilməsinə və banka yeni müştərilərin cəlb edilməsinə dair təkliflər vermək;
  •  Şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi təhsilli olması arzu ediləndir);
  • İstehlak kredit sahəsində ən azı 1il iş təcrübəsi;
  • MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Yüksək təhlil etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstelak kredit” göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et