İstehlak Kreditləri üzrə Menecer | Banco.az
AccessBank

İstehlak Kreditləri üzrə Menecer

Vakansiya haqqında məlumat: 

 

Namizədlərə qarşı irəli sürülən əsas tələblər:

 Kredutləşmə sahəsində ən azı 5 illik iş təcrübəsi (İstehlak kreditleri, kredit kartları)
 İşçi heyətinin idarə olunması üzrə ən azı 2 illik iş təcrübəsi
 Kommersiya intuisiyasının mükəmməl inkişafı – biznes imkanlarını aşkarlamaq qabiliyyəti
 Cəlbetmə əminliyi
 Analitik qabiliyyət
 Dəyişikliklərə qarşı açıqlıq və hazırlıq
 Mükəmməl ünsiyyət vərdişləri və inandırmaq bacarığı
 Excel proqramından inamla işləmək bacarığı
 İngilis və ya rus dilləri biliyi


Əsas öhdəlikləri:

 İstehlak kreditləri portfelinin və kredit kartlarının təyin olunmuş plan əsasında inkişafı
 Müştərinin tələblərinə maksimal uyğunluğa nail olmaq üçün məhsulların, proseslərin və yardımçı
xidmətlərin yaradılması və təkmilləşdirilməsi
 Bazarın analizi və dəyişikliklərə vaxtında reaksiya verilməsi
 Filiallarla və Anderraytinq şöbəsi ilə xidmətin keyfiyyətinin və sürətinin yüksəldilməsi üzrə fəal iş
 Kreditləşmə proseslərinin maksimum avtomatlaşdırılması üçün İnformasiya Texnologiyaları və
Biznes Dəstəyi Departamentləri ilə birgə iş
 Marketinq Departamenti və Əlaqə Mərkəzi ilə birgə işləməklə, eləcə də məsafəli kanallar vasitəsi
ilə təklifləri gücləndirməklə müştərilərin filiallara sabit axınının təmin olunması
 Kredit portfelinin artımının, satışın, keyfiyyətin və xərclərin monitorinqi və təhlili
 Planlardan sapıntıların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi və icrası
 Filial əməkdaşlarının lazımi ixtisas səviyyəsinin təmin edilməsi


Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et