İşə qəbul üzrə baş mütəxəssis | Banco.az
Rabitəbank

İşə qəbul üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

İşə qəbul üzrə baş mütəxəssis.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İşçi ehtiyaclarını müəyyən etmək;
  • Namizədlərin banka cəlb edilməsi və vakant yerlərin bağlanmasını təmin etmək;
  • Namizədlərin rezerv bazasının formalaşdırılması və mütəmmadi olaraq yenilənməsini təmin etmək;
  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
  • İşə qəbul sahəsi üzrə fərdi KPİ-ın və hədəflərin icrasını təmin etmək;
  • İşə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Təhsil müəssisələri və digər partnyorlarla əlaqələrin qurulması və inkişafını təmin etmək

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil (İRİE və ya psixologiya sahəsi üzrə arzuolunandır);
  • İşə qəbul sahəsində minimum 2 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və rus dili səlis, ingilis dili arzuolunandır;
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmaq;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığına malik olmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • Nəticəyönümlü olmaq, qarşıya qoyulan məqsədlərə çata bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu “İşə qəbul üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et