İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi | Banco.az
Kapital Bank

İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi

Öhdəliklər

  • Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
  • Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
  • Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
  • Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
  • Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
  • Rus və ingilis dili bilikləri;
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik.

CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et