İnformasiya Texnologiyaları Riskləri üzrə Aparıcı mütəxəssis | Banco.az
Kapital Bank

İnformasiya Texnologiyaları Riskləri üzrə Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentində İnformasiya Texnologiyaları Riskləri üzrə Aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İnformasiya sistemləri, proqram təminatı, bank sistemləri və informasiya infrastrukturunda yarana biləcək əsas risklərin aşkar edilməsi və təhlili;
• İT əməliyyatların və mühitin qiymətləndirilməsi və onların biznesə təsirinin təhlil edilməsi;
• Risk qiymətləndirmələri əsasında İT risk reyestrinin hazırlanması;
• Mövcud təhlükəsizlik sistemlərini təhlil edilməsi, dəyişiklik və ya təkmilləşdirmələr üzrə tövsiyələrin verilməsi;
• Təhlükəsizlik siyasətlərinin, standartlarının, qayda və proseduralarının icrasına nəzarət edilməsi;
• İnformasiya təhlükəsizliyi statusuna dair hesabatların hazırlanması, sənədləşmələrin aparılması və zərər dərəcəsinın təyin edilməsi.

Tələblər

• Ali təhsil (Tətbiqi riyaziyyat, İnformasiya Texnologiyaları, Kompyuter mühəndisliyi, Kompyuter elmləri və digər əlaqəli sahələr);
• İT sahəsində 2, müvafiq sahə üzrə isə ən azı 1 illik iş təcrübəsi;
• Əla səviyyəd Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi;
• İSO 27000/27005 standartları barədə təsəvvür arzuolunandır;
• Komanda ilə işləmək və  və güclü qərarvermə qabiliyyəti;
• Fövqəladə hallar zamanı informasoya sistemlərinin bərpası, “forensic” analiz, digər texnologiya və metodlar haqqında təməl biliklər.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Arzuolunan digər tələblər

• Windows, Linux/Unix əməliyyat sistemləri üzrə təməl sistem idarəedilməsi bilikləri;
• Şəbəkə arxitekturası topologiyalar , protokollar və modellər haqqında ümumi biliklər;
• Sistem və şəbəkə təhlükəsizliyi, web-əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi və əlaqəli risklər haqqında məlumat;
• Kriptoqrafiyanin əsas prinsiplərini anlamaq;
• Proqram təminatı və sistem boşluqları və pozulmaları haqqında ümumi biliklər;
• Texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik biliklər;
• Proxy və Firewall və korporativ antiviruslar haqqında  biliklər və onaların iş prinsipini anlamaq;
• Əsas şəbəkə servislərinin iş prinsipini anlamaq (DNS, DHCP, NTP, SNMP və s.);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması üstünlükdür: CCNA , Comptia Network+, CISCO CyberOPS, Comptia Security +, Comptia CSA, CRISC, İSO/İEC 27005

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 22 dekabr 2018-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] e-poçtuna Subject/Mövzu hissəsində " Risklərin İdarə Edilməsi Departamentində İnformasiya Texnologiyaları Riskləri üzrə Aparıcı mütəxəssis " qeyd etməklə göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et