İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin aparıcı/ baş mütəxəssisi | Banco.az
Kapital Bank

İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin aparıcı/ baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin aparıcı/ baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin aparıcı\baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndinrilməsinin həyata keçirilməsinə dəstək;
  • İT və İnformasiya Təhlükəsizliyi risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək vermək;
  • Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
  • İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;
  • Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək vermək;
  • Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.

Tələblər

  • Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması;
  • İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsi;
  • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
  • İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
  • CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır);
  • Problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
  • Komandanın bir üzvü kimi yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et