İlkin texniki dəstək üzrə kiçik mütəxəssis | Banco.az
PAŞA Bank

İlkin texniki dəstək üzrə kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

"PASHA Bank" ASC İlkin texniki dəstək üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.


Vəzifənin məqsədi

PAŞA Bankın daxili biznes tədbiqlərinə ilkin dəstəyin göstərilməsinə cavabdeh olmaq.

Vəzifə Öhdəlikləri

- Əsas (bankçılıq) sistemləri və üçüncü şəxslərin tədbiqləri üçün dəstək göstərmək.
- ETA-ları azaldaraq sorğuların araşdırılması və problemlərin həlli üçün son istifadəçilərə köməklik etmək.
- Test serverlərinin yaradılması və idarə olunması üçün testerlərə köməklik etmək.
- İnkişaf və analiz prosesini tezləşdirmək üçün proqramçılara köməklik etmək.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Komputer biliyi: Linux/Windows, SQL, PL/SQL Scripting;
• Xarici dil: İngilis dili (yaxşı), Rus dili (orta);
• Bazar biliyi: Bankçılıq (arzuolunandır);
• Məhsulların biliyi: Bankçılıq;
• Digər: N/A.


Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.01.2020-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İlkin texniki dəstək üzrə kiçik mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et