Hüquqşünas (Bakı) | Banco.az

Hüquqşünas (Bakı)

Vakansiya haqqında məlumat: 

 

 Hüquqşünas (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçün Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  1. Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  2. Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, elektron portalda icra qeydlərinin aparılması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  3. Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması;
  4. Rəsmi yazışmaları təmin etmək.

Tələb olunan keyfiyyətlər:

- Hüquq sahəsində ali təhsilinin olması;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili arzuolunandır;
- Etibarlı sürücülük vəsiqəsi;

- Ezamiyyələrə hazır olmaq;

- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 500-600 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
KredAqro

Ən sərfəli krediti almaq üçün müraciət et