Hüquqi dəstək və metodologiya şöbəsinin Baş hüquqşünası | Banco.az
Kapital Bank

Hüquqi dəstək və metodologiya şöbəsinin Baş hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq və komplayens İdarəsinin Hüquq və komplayens departamentinin Hüquqi dəstək və metodologiya şöbəsinin Baş hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankdaxili sənədləri (strategiya, siyasət, qayda, təlimat, prosedur, blok sxem və s.) hüquqi və metodoloji baxımdan hazırlayır, eləcə də mövcud sənədlərə düzəlişlər edir və ya digər struktur bölmələr tərəfindən hazırlanmış sənəd layihələrinə dair qanunvericiliyin tələblərinə uyğunluq və metodoloji baxımdan rəy verir;
  • Bankın idarəetmə orqanlarının müzakirəsinə təqdim edilən məsələlərə (kredit və satınalma məsələləri istisna olmaqla) öncədən hüquqi rəy verir, habelə Bankın idarəetmə orqanları (İdarə Heyəti, Müşahidə Şurası, Səhmdarların Ümumi Yığıncağı) üzvlərinin hüquqi suallarını cavablandırır;
  • Bank məhsullarının, habelə Bankın layihələrinin yaradılmasına, onlara dəyişiklik edilməsinə və xitam verilməsinə hüquqi rəy verilməsində iştirak edir;
  • Bankın təsis və qeydiyyat sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınmasını təmin edir;
  • Departament direktorunun tapşırığına əsasən Bankı hüquqi məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarında, habelə müəssisə və təşkilatlarda təmsil edir və Bankın qanuni mənafelərini müdafiə edir;

Tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan dili, Rus dili və Ingilis dili
  • Microsoft Office proqramları üzrə biliklər
  • Məsuliyyətlilik, , Etibarlılıq, Peşəkarlıq, İntizamlılıq
  • Qərar qəbuletmə bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et