HR Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi | Banco.az
Kapital Bank

HR Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

HR Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili;
  • Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması;
  • Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması;
  • HR proseslər üzrə təhlillərin aparılması.

Tələblər:

  • Ali təhsilin olması;
  • Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Excel biliyinin olması;
  • Analitik düşünmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et