Hesablaşmalar şöbəsinin mütəxəssisi | Banco.az
Bank BTB

Hesablaşmalar şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

  • Bütün növ klirinq əməliyyatlarının aparılması(ödəniş sistemləri, kart prosessinq şirkətləri, müxbir banklar və s);
  • Ödəniş sistemləri üzrə əməliyyatların, onlarla yazışmaların və araşdırmaların aparılması;
  • SWIFT vasitəsilə göndərilən ödəniş tapşırığının Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalarına müvafiq olaraq icrası;
  • Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
  • Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
  • Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Namizədə tələblər:

- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
- Analiz etmə qabiliyyəti
- Problemləri həll etmə bacarığı
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilmək
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurma bacarığı
- MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 08.01.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et