Filiallar üçün qrup rəhbəri (Yevlax) | Banco.az

Filiallar üçün qrup rəhbəri (Yevlax)

Vakansiya haqqında məlumat: 

 

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC  Yevlax rayonunda yerləşən filiallar üçün QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir. Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat

Qrup Rəhbəri İş vaxtı 9:00-dan 18:00-a dək.

Əmək haqqı: Razılaşma yolu ilə

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının  peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar ücün nəzərdə tutulan və ya vermiş olduqlari kreditlərə nəzarət etmək;

• Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;

• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.

• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.                      

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
INTERNATIONAL BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et