Filial müdiri (İsmayıllı) | Banco.az

Filial müdiri (İsmayıllı)

Vakansiya haqqında məlumat: 

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et