Filial meneceri (Bakı) | Banco.az

Filial meneceri (Bakı)

Vakansiya haqqında məlumat: 

 

“Qarant Kredit” Lombard təşkilatı Bakı şəhərində yerləşən filialı üçün “Filial meneceri” vakansiyası elan edir.

İş barədə məlumat:

- Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək

- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək

- Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək

- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq

- Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək

- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək

- Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək

Tələblər:

- Ali təhsil

- Azərbaycan dilində səlist danışıq qabiliyyəti

- Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi

- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı

- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı

- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

- Müştərini cəlbetmə bacarığı

Qeyd: Bank, Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial meneceri" başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Qarant Kredit

Ən sərfəli krediti almaq üçün müraciət et