Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ABB Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
  • Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
  • Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair  tövsiyə və rəyin bildirilməsi,  kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office(Əsasən Excel)  proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 3-5 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/ portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et