Əməliyyatlara Nəzarət Şöbəsinə aparıcı mütəxəssis\ baş mütəxəssis | Banco.az
Rabitəbank

Əməliyyatlara Nəzarət Şöbəsinə aparıcı mütəxəssis\ baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Daxili Nəzarət Departamenti, Əməliyyatlara Nəzarət Şöbəsinə aparıcı mütəxəssis\ baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın normativ aktlarının, habelə bankdaxili normativ sənədlərin tələblərinə riayət edir;
  • Kredit, plastik kart, hesab açma, köçürmə və hesablaşma əməliyyatları üzrə komissiyaların tutulub-tutulmadığına və düzgünlüyünə nəzarət edir;
  • Ödəniş sistemləri üzrə hesablaşmaların düzgün aparılmasına nəzarət edir;
  • Acılmış hüquqi və fiziki şəxs hesablarında  sistemə yüklənmiş müştəri sənədlərinin düzgünlüyünə nəzarət edir;
  • Əmanətlər üzrə faiz və əsas məbləğ ödənişlərinin düzgün aparılmasına nəzarət edir;
  • MŞ və İH protokolu əsasında qeyri-standart tarifin sistemə daxil edilməsini həyata keçirir;
  • Filial müştəriləri haqqında müvafiq idarə və təşkilatlardan (ədliyyə, vergi, prokurorluq, gömrük, DSMF və s.) daxil olan məktublara baxır və səlahiyyətləri daxilində cavab hazırlayır;
  • Filialdakı POS terminal hesabları ilə aparılan əməliyyatlara nəzarət edir;
  • Kartmane hesabalarının açılması, uzadılması prosedurlarının bankdaxili qaydalara uyğun aparılmasına və faizin düzgün hesablanmasına nəzarət edir;
  • Hər bir filialdan əldə olunan məlumatların doğruluğunu və reallığa uyğun olmasını yoxlayır;
  • Banka daxil olmuş sərəncamların qəbul olunması və vaxtında icrasına nəzarət edir;
  • Debitor və kreditor hesablarının qalıqlarını mütəmmadi yoxlayır.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Excel üzrə biliklər;
  • Analitik düşüncə;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyətlara nəzarət şöbəsi” göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et