Əməliyyat və bazar risklərin idarə olunması şöbəsinə rəhbər | Banco.az
Rabitəbank

Əməliyyat və bazar risklərin idarə olunması şöbəsinə rəhbər

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC  Risklərin idarə edilməsi departamentinə,  Əməliyyat  və bazar risklərin idarə olunması şöbəsinə rəhbəri vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirmə metodları hazırlamaq;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə yanaşı hesabatlılığı aparmaq;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlər aparmaq və nəticələr əsasında təkliflər vermək;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərini müəyyən etmək və müvafiq təkliflər vermək;
  • Əməliyyat riskinin xəritəsini hazırlamaq və icrasına nəzarət etmək;
  • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatları toplamaq, səbəblərini araşdırmaq və bunun əsasında müvafiq istilik xəritəsini tərtib etmək;
  • Audit və digər nəzarətedici struktur yoxlamalarının nəticələrinə əsasən qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyasını həyata keçirmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Riyaziyyat, Maliyyə ,Mühasibatlıq və ya iqtisadi sahələr üzrə olması arzuolunandır)
  • Sahə üzrə 4 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel bilikləri;
  • Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
  • Analitik düşüncə, yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Əməliyyat  və bazar risklərin” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et