Əməliyyat meneceri | Banco.az

Əməliyyat meneceri

Vakansiya haqqında məlumat: 

 

Para BOKT-un baş ofisinə əməliyyat meneceri tələb olunur

Peşəkar tələblər:

  • Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Əməliyyat / mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
  • Mərkəzi Bankın təlimatları  haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
  • Əməliyyat  prosesinin  təşkili üzrə bacarıqlara malik olması;
  • Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Baş ofis və filiallarda gün ərzində aparılmış bütün əməliyyatlar üzrə elektron bazaya yığılmış mühasibat yazılışlarının tamlığına və düzgünlüyünə nəzarət edilməsi  və müəyyən olunmuş limit çərçivəsində onların  təsdiq edilməsı (verifikasiya).
  • Baş ofis və Filiallarda əməliyyatçı tərəfindən yeni kredit üzrə açılmış kataloqun tam və düzgün doldurulmasına nəzarət və təsdiq olunmuş limit və kredit növünə uyğun olaraq təsdiq edilməsi (verifikasiya).

Əməliyyat meneceri mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət: 
PARABOKT

Ən sərfəli krediti almaq üçün müraciət et