Dələduzluq Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Dələduzluq Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Dələduzluq Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis 

“PAŞA Bank” ASC olaraq Dələduzluq Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Proses, məhsul, xidmət və normativ sənədlər üzrə Bank üçün xarakterik dələduzluq risklərinə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi, nəzarətdə saxlanılması və yekun rəyin bildirilməsi;
• Bankın dələduzluq riskləri üzrə bazasının toplanılması;
• Dələduzluq riski ilə əlaqədar xarici audit hesabatları üzrə işin təşkili;
• Dələduzluq riskinin aşkarlanması, təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi və tədbirlərin icrasına nəzarət;
• Dələduzluq riskləri və insidentləri üzrə dövri hesabatlığın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Bankın müvafiq funksiyaları üçün dələduzluq riskləri üzrə tədrisin təmin edilməsi və risk mədəniyyətinin inkişaf etdirilməsi;
• Risk koordinatorları ilə daimi əməkdaşlıq və dələduzluq risklərinin idarəsi üzrə müxtəlif layihələrdə iştirak;
• Dələduzluq risklərinin idarəsi üzrə illik qiymətləndirmədə və biliklərin artıtılması məqsədilə müvafiq təlimlərdə iştirak.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Audit, Daxili nəzarət, Risk və ya müvafiq sahə üzrə ən az 2 il
• Lisenziya / Sertifikat: CFE üzrə
• Xarici dil: İngilis dili
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Bank məhsulları üzrə

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Dələduzluq Risklərinin İdarəsi üzrə Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et