Daxili Audit Departamentinə Audit assistenti | Banco.az
Rabitəbank

Daxili Audit Departamentinə Audit assistenti

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Daxili Audit Departamentinə Audit assistenti vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Daxili Audit departamentinin sənədlərini elektron qaydada və ya kağız formatında hazırlamaq, mütəmadi olaraq yeniləmək və onları müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının auditi və təftişini aparmaq;
  • Uçot, statistika, məlumatların ötürülməsi və işlənməsi auditini aparmaq;
  • Müştərilərin hesab qalıqları üzrə təsdiqnamələrinin vaxtında bitirilməsini və müvafiq məzmuna malik olmasını təmin etmək;
  • Daxili Audit Departamenti, idarəetmə orqanları və auditorlar tərəfindən təyin olunmuş digər gündəlik tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

  • İqtisadi və ya hüquqi təhsilin olması;
  • Minimum 1 il bank təcrübəsi;
  • Peşakar bilik səviyyəsi;
  • Analitik düşüncə tərzi;
  • Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti;
  • Yüksək kommunikasiya bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatıv sənədləri bilmək və onlara riayət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Audit/Audit assistenti” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et