“Coordinator in Business Innovation” (Koordinator) | Banco.az
PAŞA Bank

“Coordinator in Business Innovation” (Koordinator)

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “Coordinator in Business Innovation” (Koordinator) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Platformanın qaydalarına uyğun olaraq reklamların yerləşdirilməsinin təsdiq və ya rədd edilməsi;
• Məzmun təminatçıları və platformanın istifadəçilər ilə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə qurulması;
• Bütün təqdim olunan məzmunların platformanın qaydalarına uyğun olmasına təminat verilməsi;
• Üçüncü şəxslər tərəfindən verilən məzmunun koordinasiya edilməsi (xidmət təminatçıları və reklam məqsədilə verilən məzmun)

Sizdən nə tələb olunur?

• Təhsil: Müvafiq sahədə bakalavr dərəcəsi
• İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
• Komputer bilikləri: Rahatlıqla istifadə etmək
• Xarici dillər: Rus, İngilis
• Digər: Proses və prosedurlara riayət

Komandada işləmək

Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına 28.10.2021 tarixinədək başlıqda ““Coordinator in Business Innovation” (Koordinator)” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et