Büdcələmə və İdarəetmə Hesabatları Departamentində İİS mütəxəssisi | Banco.az
PAŞA Bank

Büdcələmə və İdarəetmə Hesabatları Departamentində İİS mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

PASHA Bank Büdcələmə və İdarəetmə Hesabatları Departamentində İİS mütəxəssisi vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Bankın bütün struktur bölmələrinin hesabatlıq və analitika məqsədi ilə sorğu etdikləri datanı təmin etmək. Gərəkərsə, növbəti eyni və oxşar sorğular üçün datanı təmin etmə müddətinin optimallaşdırılması.
• Təsvir edilmiş iş prosesində məlumat keyfiyyətliliyi ilə bağlı problem aşkarlanarsa, gərəkli tədbirlərin görülməsi.
• Maliyyə göstəricilərini və qoyulmuş hədəflərdən kənarlaşmaların səbəbini təhlil etmək. Edilmiş təhlilə uyğun analitik hesabatların və kənarlaşmaların qarşısının alınması üçün təkliflərin hazırlanması
• Rəhbərlik üçün dövri (aylıq, rüblük və illik) və xüsusi sorğu əsasında hesabatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və təcrübə

• Tələb olunan iş təcrübəsi: Bank sektorunda minimum 2 il təcrübə
• Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi
• Maliyyə və mühasibatlıq bilikləri
• Komputer bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri
• PL/SQL bilikləri olan namizədlərə üstünlük verilir
• Beynəlxalq sertifikatları (ACCA, CFA, FRM) olan namizədlərə üstünlük verilir
• Xarici dil bilikləri: İnglis dili üstünlük verilir

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 28.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İİS mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et