Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Bank Respublika

Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC Korporativ Satışlar Departamentində Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi vakansiyasını elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Müxtəlif dövlət və qeyri-dövlət fondları ilə əməkdaşlıqdan irəli gələn tələbləri yerinə yetirmək;
  • Şöbə daxilində sənədləşmə və arxivləşdirmə işlərini həyata keçirmək;
  • Fəaliyyət sahəsi ilə bağlı müxtəlif hesabatları hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat üzrə təhsil arzuolunandır);
  • Bank – kredit sahəsində iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et