Biznes və İT analitika şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Biznes və İT analitika şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kapital Bank namizədləri Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxeminin hazırlanması;
• Bankın struktur bölmələrindən daxil olan müraciətlərin analitikasının aparılması;
• Texniki tapşırıqların yazılması;;
• Bankın proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi
• Layihələrdə biznes və ya İT analitik qismində iştirak etmək və s.

Tələblər:

• Bank sektorunda iş təcrübəsi;
• Bank qanunvericiliyi barədə biliklər;
• Analitik düşünmə və yüksək analiz qabiliyyəti;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Biznes proseslərin təhlil olunması;
• Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.

Arzuolunan bilik və bacarıqlar

• Bank biznes proseslər sahəsində iş təcrübəsi;
• İT analitika istiqamətində biliklər;
• Layihələrdə iştirak/

CV-lərinizi, mövzu hissəsində “Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et