Biznes kreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis | Banco.az
Bank BTB

Biznes kreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Biznes kreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın biznes kreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
  • Biznes seqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbini təşkil etmək;
  • Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilini aparmaq;
  • Biznes kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
  • Özünün biznes kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayıb, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;

Namizədə tələblər:

  • Komandada işləmək bacarığı;
  • Stresə davamlılıq;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Vaxtı idarə etmək qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
  • Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).

Bundan əlavə, Bank BTB Biznes kreditlərKredit inzibatçılığı şöbəsinə ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və məqsədyönlü namizədləri qeyd olunan sahələr üzrə 3 aylıq təcrübə proqramında iştirak etməyə dəvət edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et