Biznes İnnovasiyaları üzrə Koordinator | Banco.az
PAŞA Bank

Biznes İnnovasiyaları üzrə Koordinator

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyaları üzrə Koordinator kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Pilot / Konsepsiya və ya təcrübə ilə bağlı istiqamət təyin etmək üçün biznes seqmenti rəhbərləri ilə müzakirələrin asanlaşdırılması;
• Pilot / Konsepsiya fəaliyyətlərinin planını təyin etmək üçün müvafiq şöbələrlə əlaqələndirilmənin təmin edilməsi;
• Pilot / Konsepsiya və ya təcrübə monitorinqi ilə əlaqədar maraqlı tərəfin iş yükünün əlaqələndirilməsinin təmin edilməsi;
• Pilot / Konsepsiya ilə əlaqəli materialların hər hansı bir satın alınması ilə əlaqədar təchizatın təmin edilməsi;
• Aşağıda təsvir olunan məqamların icrasının təmin edilməsi:
o Pilot / Konsepsiya fəaliyyətlərinin təşkilatın geniş və strateji planına uyğun olaraq hazırlanması və icrası;
o Pilot / Konsepsiya monitorinqi və təcrübə fəaliyyətlərinin effektiv şəkildə planlaşdırılması və əlaqələndirilməsi;
o Pilot / Konsepsiyanın qiymətləndirilməsi, məlumat toplama vasitələrinin inkişafı, məlumat toplama vasitələrinə və məlumatların təhlilinə nəzarət;
o Pilot / Konsepsiya və ya təcrübələrin bir hissəsi olaraq kəmiyyət və keyfiyyət məlumatlarının təhlili;
o Müxtəlif hesabatların hazırlanması və müvafiq şöbələrə yönləndirilməsi.

Sizdən nə tələb olunur?

• İş təcrübəsi: Layihə idarəetmə, strategiya, yenilik və startaplarla əlaqəli sahədə minimum 3 il
• Xarici dil: İngilis (yaxşı), Rus (yaxşı)
• Digər : Güclü ünsiyyət, analitik düşüncə, komandada iş, sahibkarlıq və işgüzarlıq bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Biznes İnnovasiyaları üzrə Koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et